Qubada dəhşətli qəza oldu - - Video

qubada-dehsetli-qeza-oldu-
Oxunma sayı: 3004

Qubada 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 147-ci km-də, Quba rayonunun Paşa-Obakəndi ərazisində qeydə alınıb. Qubadan Bakı istiqamətində hərəkətdə olan “Pajero” markalı avtomobil qarşıdan gələn 21 yaşlı Quba rayonunun İsnovqışlaq kənd sakini Mizzəfəddin Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Bu zaman “Pajero”nun arxasınca gələn Sumqayıt şəhər sakini Məmmədrza İbişovun idarə etdiyi sərnişin dolu mikroavtobus qəzaya uğrayan avtomobillərə çırpılıb. Nəticədə mikroavtobusda olan 6 nəfər və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılardan 5 nəfərin xəsarətləri yüngül olduğundan onlar ilkin yardımdan sonra ambulator qaydada müalicəyə buraxılıb. “Mercedes”in sürücüsü Mizzəfəddin Bayramovun və mikroavtobusun sərnişini 59 yaşlı Sumqayıt şəhər sakini Zəbihə Məmmədtağıyevanın vəziyyəti orta-ağır olduğundan onlar Quba MRX-da müalicə alır. Qəzaya “Mercedes” markalı avtomobilin yüksək sürətlə yol hərəkəti qaydalarını pozmasının səbəb olduğu bildirilir. Onu da bildirək hadisə yerində olan BDYPİ-nin müstəntiqi Elşən Mürsəliyev məlumat verməkdən imtina edib. Polis geyim qaydalarına əməl etməyən müstəntiq junalistlərlə kobud davranmaqdan belə çəkinməyib.