Qubada “Mersedes” alma bağına girdi- - 3 yaralı

qubada-mersedes-alma-bagina-girdi-
Oxunma sayı: 1040


“Qafqazinfo” xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun 3-cü km-də, Alekseyevka kəndi ərazisində qeydə alınıb. Xaçmazda Quba istiqamətində hərəkətdə olan “Mersedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü və 2 sənişin xəsarət alıb. Onlar Quba RMX-na yerləşdirilib. 

Tibb müəssisəsindən verilən məlumata görə, hələlik onların şəxsiyyəti müəyyənləşməsə də iki nəfərin vəziyyəti ağırdır. İlkin versiya olaraq qəzaya səbəb kimi yüksək sürət  göstərilir. Hazırda faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Emin Kerimov