Qubada meşədə yanğın olub

qubada-mesede-yangin-olub
Oxunma sayı: 1164

Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerində Quba Rayon Polis Şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında iştirak ediblər.

Alpan kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Digər kəndlərdə alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.