Qubada qış davam edir - Fotolar+Video

qubada-qis-davam-edir
Oxunma sayı: 2970

Ötən gün hava isti olsa da, axşam saatlarında hava şəraiti kəskin dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şimal Şərq Hidrometrologiya Mərkəzinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Quba ərazisinə güclü qar yağıb. Şimal şərq regionunda ən çox qar Qubanın Qrız kəndində yağıb.

Burada qarın hündürlüyü 15 sm təşkil edir. Temperatur isə mənfi -8 dərəcə müşahidə olunur. (Xınalıqda qarın hündürlüyü 10 sm, temperatur -7 dərəcə. Xızı-Altıağac, 4 sm, temperatur -3. Xaltan 3 sm, temperatur -2 dərəcədir. Qusarın Həzrə kəndində qarın hündürlüyü 1 sm, tümperatur -0,3 dərəcə qeydə alınmışdır).

Emin Kərimov