Qubaya yumurta boyda dolu yağdı

qubaya-yumurta-boyda-dolu-yagdi
Oxunma sayı: 637

Sakinlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, dolunun böyüklüyü yumurta boyda olub. Dolu nəticəsində istirahətə gəlmiş turist maşınlarının dam hissəsi əzilib. Xalxal yolu tamamilə bağlanıb. Turistlər geri qayıtmalı olub. Meyvə ağaclarına, əkin sahələrinə ciddi ziyan dəyib. Həmin sahələr yararsız vəziyyətə düşüb.

Kəndin ağsaqqallları bildirirlər ki, son 36 ildə burada belə bir hadisə baş verməyib. Qeyd edək ki, günün ikinci yarısından etibarən həmin ərazidə hava açılıb, günəş çıxıb.

Rayonun mərkəzində isə belə bir yağıntı olmayıb. Ona görə də rayon Fövqəladə Hallar Komissiyasının bu hadisədən xəbəri yoxdur.

Günel