Qulaqcığın qurbanı olan 20 yaşlı gəncin dəhşətli faciəsi- - Video

qulaqcigin-qurbani-olan-20-yasli-gencin-dehsetli-faciesi-
Oxunma sayı: 5914


"Qafqazinfo" AnsPress-ə istinadən xəbər verir ki, may ayının 24-də İmran iş axtarmaq məqsədilə Koroğlu metrostansiyası istiqamətində dəmiryoluna tərəf çıxarkən qulağında qulaqcıq olduğundan arxasından yüksək sürətlə gələn qatarın səsini eşitməyib. Qatar ona yaxınlaşanda artıq gec olub. İmran deyirki hadisədən sonra əlini qatardan tutub qalxmaq istəsə də ayaqları sözünə baxmayib. Onu qan içində xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində İmran həyata qaytarılsa da ayaqlarını bərpa etmək mümkün olmayıb.

İndi İmranın yenidən əməliyyata ehtiyacı var. Həkimlər növbəti əməliyyatdan sonra İmrana protez ayaq qoymağın mümkün olacağını bildiriblər. Amma bu əməliyyat bahalı olduğundan ailənin xərcləri ödəməyə imkanı yoxdur. Ata-anası ayrı yaşayan İmranın ailəsində işləyən təkcə balaca qardaşıdır.

Hadisə ilə əlaqədar İmranın anası kömək üçün müvafiq orqanlara müraciət etsə də hələki onun müraciətinə baxan olmayıb. İndi ortada ayaqlarından məhrum olan bir gənc və bir ananın faciəsi var. 20 yaşlı gəncin başına gələnlərdən belə aydın olur ki, heç kim bu cür hadisələrdən sığortalanmayıb. Odurki qulaqcıqla yolu keçərkən ehtiyatlı olmağ lazımdır. Əks halda faciə qaçılmazdır.