Quldurluqda təqsirləndirilənlərə 11 il hökm oxundu

quldurluqda-teqsirlendirilenlere-11-il-hokm-oxundu
Oxunma sayı: 777

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadəyə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A. Kərimov və F. Abdullayev 11 il, N.Məmmədov və K.Vahabov 9 il, E.Ələsgərova və Ç. Bəhlulzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani  2017-ci il yanvarın 13-də internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C.Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Murad Əhməd