Quldurluqda təqsirləndirilənlərə hökm oxundu

quldurluqda-teqsirlendirilenlere-hokm-oxundu
Oxunma sayı: 832

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və oğurluqda təqsirləndirilən Anar Yusifov və Mehman Ağayevə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə M.Ağayev 10 il, A.Yusifov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

A.Yusifov son sözündə cinayət törətmədiyini, evinə girdiyi qadının namusunu qoruduğunu deyib: "Mənim günahım yoxdur, evdə 2 uşağım var, nə yeyib içdiklərini bilmirəm". 

Qeyd edək ki, adıçəkilən şəxslər küçədə insanların qarşısını kəsərək quldurluq yolu ilə pul və əşyalarını alıblar. M.Ağayev həmçinin qonşu qadının evinə girərək məişət avadanlıqları oğurlayıb. 

Murad Əhməd