"Deniz Seki həbsxanada özü ilə hesablaşacaq"- - Bayhan

quotdeniz-seki-hebsxanada-ozu-ile-hesablasacaqquot-
Oxunma sayı: 3402


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayhan ilə o zaman münsif üzvü olan Deniz Seki arasında gərgin anlar yaşanmışdı.

Seki cinayət işlədiyi və həbsxanada yatdığı məlum olan Bayhanın yarışmadan uzaqlaşmasını istəmişdi:

"Bir popstarda olması gərəkən meyarları bilirik, amma əsla olmaması, lazım olan bir şey var. Bir popstar cinayət işləyə bilməz. Həbsə girən adamdan sənətçi olmaz. Bunları cəmiyyətdən qovmalıyıq”.

Narkotik ticarəti ilə məşğul olduğu üçün 6 il 3 ay həbs cəzası verilən və ötən günlərdə həbs olunan Deniz Seki haqqında fikirlərini bölüşən Bayhan isə müğənninin həbs olunmasına sevinmədiyini qeyd edib: 

"Hər kəs nə əkərsə, onu biçər.  Hansı cinayət olursa, olsun, bir insanın həbs olunması məni xoşbəxt etməz. Mən də həbsxanaya girmiş bir adamam. Müəyyən zamandan sonra həyatımı düzəltdim. Deniz Seki də həbsxanada özü ilə hesablaşacaq. Öz vicdanı ilə özü haqqında ən yaxşı qərarı yenə özü verəcək". 

Könül