"Mercedes" oğrusu Biləsuvarda tutuldu

quotmercedesquot-ogrusu-bilesuvarda-tutuldu
Oxunma sayı: 638


İyunun 20-də Daş karxanası küçəsində Ordubad rayon sakini Rasim Nağıyevin çoxsaylı bıçaq xəsarətləri ilə meyiti aşkar edilib. BPİ CAİ, Nərimanov RPİ CAŞ və 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Zöhrab Əsgərov avqustun 27-də tutulub.

Avqustun 15-də Qaraçuxur qəsəbəsi Mədən küçəsində Bakı şəhər sakini Etibar Həsənova məxsus «Mersedes» markalı avtomobil qaçırılıb. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli Beyləqan rayon sakini Zaur Gülmalıyev avqustun 18-də Biləsuvar rayonunda avtomobillə birlikdə tutulub.

Xətai RPİ CAŞ və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Sevinc Sadıqova tutulub.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Sahib Əhmədov tutulub.