"Möhtəşəm Yüzil"in məhkəməlik bölümü saytlardan yığışdırıldı- - Video

quotmohtesem-yuzilquotin-mehkemelik-bolumu-saytlardan-yigisdirildi-
Oxunma sayı: 3187


Bir müddət əvvəl əslən Cənubi Azərbaycandan olan Məhbub Əmrahi serialı çəkən şirkəti bu yanlışlığa yol verdiyi üçün məhkəməyə vermişdi. Məsələ ilə bağlı Məhbub Əmrahi “Qafqazinfo”nun məlumatına görə, APA TV-yə bildirib ki, serialın bu bölümü onun məhkəməyə müraciətindən sonra yığışdırılıb. Onun sözlərinə görə, bu seriya saytlardan götürülsə də, məhkəmədə sona kimi gedəcək: "Filmin o bölümü başqa ölkələrdə yayımlanacaq. Başqa dillərdə yayımlanacağı üçün orada Səfəvilərin fars dövləti deyilməsini istəmərəm. Rəsmi şəkildə üzr istəmələrini istəyəcəyəm və işə məhkəmədə baxılmasını tələb edirəm".

Məhbub Əmrahi qeyd edib ki, onun məhkəmə müraciətindən sonra Türkiyə mətbuatında məsələyə daha çox yer ayrılıb. Səfəvilərin Türk dövləti olduğunu tarixçilər də qeyd edir. Bunun da məhkəmənin qərarına təsir edəcəyini düşünür. İddiaya yanvarın əvvəlində baxılacaq.