Quş qripi ilə bağlı monitorinq aparılır

qus-qripi-ile-bagli-monitorinq-aparilir-
Oxunma sayı: 637

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, monitorinq DBX-nin (Dövlət Baytarlıq Xidməti), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarət tədbirləri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Monitorinqin nəticələri dekabrın 28-də ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.