Ramazan ayı başladı

ramazan-ayi-basladi
Oxunma sayı: 1544


“Qafqazinfo”nun məlumatına görə, dünya və Azərbaycan müsəlmanları miladi təqvimlə iyunun 29-u səhər açılmazdan başlayaraq oruc tutacaq.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə əlaqədar bayramının gəlməsi münasibətilə təqvim hazırlayıb. Ölkədə oruc tutan şəxslər həmin təqvimdən istifadə edə bilər.

Həmin Ramazan təqvimində gündəlik oxunacaq dualar, iftar və sahur vaxtları qeyd olunub.

Orucluq hər il 29 yaxud 30 gün davam edir.