Ramil Quliyev bu dəfə bürünc qazandı

ramil-quliyev-bu-defe-burunc-qazandi
Oxunma sayı: 3342

Türkiyə millisində yarışan azərbaycanlı atlet Ramil Quliyev növbəti yarışına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı idmançı çəkicatma üzrə keçmiş olimpiya çempionu Kamila Skolimovskanın xatirəsinə keçirilən atletika yarışlarında 100 metr məsafəyə qaçıb.

Ramil Quliyev Polşanın Xojuv şəhərində keçirilən yarışda bürünc medal qazanıb. O, 100 metr məsafəni 10,21 saniyəyə qaçıb.

Qızıl medalı isə 9,87 dərəcə göstərən amerikalı Ronni Beyker əldə edib.

Qeyd edək ki, Quliyev 30 avqustda İsveçrənin Sürix şəhərində “Brilyant Liqa” yarışlarında 200 metr məsafəyə qaçacaq.

Xatırladaq ki, Ramil Quliyev sonuncu dəfə avqustun 9-da Berlində keçirilən Avropa Çempionatının finalında 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstəricisi ilə qızıl medala sahib olub.

O, bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.