Ramil Quliyevdən növbəti qələbə

ramil-quliyevden-novbeti-qelebe
Oxunma sayı: 2864

Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev növbəti qələbəsini qazanıb.

“Qafqazinfo” xəbər verir ki, idmançı İsveçrənin Sürix şəhərində keçirilən və Almaz liqasının iki finalından biri olan “Zürih Weltklasse Atletizm” yarışında 200 metrlik məsafəni 19,98 saniyəyə qət edərək ikinci olub və gümüş medal qazanıb.

Yarışın qalibi isə 19,67 saniyəlik göstərici ilə amerikalı Noah Lyles olub.