Ramiz Mehdiyev Nobel laureatı ilə görüşdü

ramiz-mehdiyev-nobel-laureati-ile-gorusdu
Oxunma sayı: 645

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, R. Mehdiyev Nobel mükafatı laureatının Azərbaycana səfərindən və Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnun olduğunu bildirib. Professor Əhməd Zevayl Azərbaycan Prezidenti İlham Əliyevin həmin Forumdakı nitqini, xüsusən dövlət başçısının elmin və təhsilin inkişafı haqqında fikirlərini yüksək qiymətləndirmişdir. Qonaq Azərbaycanda gedən inkişaf prosesinin ona böyük təsir bağışladığını qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev alimin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə ona minnətdarlığını bildirib. O, belə tədbirlərin beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından əhəmiyyətini qeyd edib. Müstəqilliyin 20 ili ərzində Azərbaycanda qazanılmış uğurlar haqqında söhbət açan akademik Ramiz Mehdiyev dövlətimizin ölkədə elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.