Ramizdən Məleykəyə barışıq çağırışı - “74 yaşım var, belə söhbətlər mənə toxunur”

ramizden-meleykeye-barisiq-cagirisi
Oxunma sayı: 2748

“Məleykə Əsədova xalq artistidir. 50 yaşı var, bu olanlar ona yaraşmaz. Mənim isə 50 illik təcrübəm var”.

“Qafqazinfo”nun xəbərinə görə, bu sözləri “Sputnik Azərbaycan”a xalq artisti Ramiz Məlik deyib. 

O, açıqlamasında bildirib ki, bu gün məhkəmənin tanışlıq prosesi keçirilib: 

“Mən getmişdim, amma o gəlməmişdi, vəkilini göndərmişdi. Amma gəlməlidir. Onu təhqir etməmişdim, məsləhət, öyüd nəsihət vermək istəmişdim. Lakin indiki zamanda heç kimə öyüd nəsihət vermək lazım deyil”.

R. Məlikin sözlərinə görə, M. Əsədova onun yaşına hörmət etməlidir: 

“Bir dəfə ondan üzr istəyib, söhbəti bağlamışam. Amma görünür o, davam etmək istəyir. Yaşlı adam böyük kimi bir daha əlimi uzadıram. Bağlansın bu söhbət. 74 yaşım var. Belə söhbətlər mənə toxunur…”

R. Məlik qeyd edib ki, məhkəmənin növbəti iclası ayın 19-na təyin edilib.