Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib

resad-atakisiyevin-nesi-tapildi
Oxunma sayı: 15751

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib. 

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. 

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Müdafiə Nazirliyi də polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqlarının tapılaraq dənizdən çıxarılması haqda rəsmi məlumat yayıb.

Qeyd edilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.