Rəsmi Moskva Ukraynaya ordu yeridilməsi xəbərini təkzib etdi

resmi-moskva-ukraynaya-ordu-yeridilmesi-xeberini-tekzib-etdi
Oxunma sayı: 1359


Vladimir Putinin qərarından sonra Rusiya Silahlı Qüvvələri hələlik Ukraynaya girməyib. “Qafqazinfo” xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Vladimir Putin Ukraynadakı vəziyyəti nəzərdən keçirəndən sonra Silahlı Qüvvələrin ölkəyə daxil olub-olmaması barədə qərar verəcək. Amma ümid edirik ki, Ukraynada hadisələrin inkişafı bu cür davam etməyəcək”, deyə Peskov bildirib.