Riqanın bu meri də istefaya göndərildi

riqanin-bu-meri-de-istefaya-gonderildi
Oxunma sayı: 741

Riqanın meri Daynis Turlays istefaya göndərilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Riqa Dumasının növbədənkənar iclası zamanı qərar qəbul edilib. Turlaysın istefaya göndərilməsi təklifi müxalifətdən gəlib. 60 deputatdan 31-i onun vəzifəsindən getməsini istəyib. Müxalifətin yeni koalisiya qurmaqdan ötrü Turlaysı istefaya göndərdiyi iddia olunur. 

Qeyd edək ki, Turlays mayın 31-də Riqa meri seçilmişdi. Ondan əvvəl bu postu tutan Nil Uşakov da istefaya göndərilmişdi.