Ronaldo avtoqol da vura bilir - Video

ronaldo-avtoqol-da-vura-bilir-video
Oxunma sayı: 649

ANS PRESS-in Reuters-ə istinadən verdiyi məlumata görə, Qranadada "Los-Karmenes" stadionunda keçirilən matç 1:0 ev sahibinin hesabına yekunlaşıb. Belə ki, oyunun 22-ci dəqiqəsində K. Ronaldo başı ilə öz qapılarına qol vurub.

Bununla da, Real 22 oyundan sonra 43 balla turnir cədvəlinin 3-cü pilləsində qalıb. O, "Barselona"dan 15 xalla geri qalır. "Qranada" isə 23 bal toplayaraq 16-cı yerə yüksələ bilib.

Ronalda isə əlavə edək ki, İspaniya çempionatının hazırkı mövsümündə 21 qol vurub. Oyunlar başlayandan "Real" 5 oyun uduzub, 4-ü heç-heçə bitib, 13-ündə isə qələbə qazana biliblər.