Ronaldo qollarına davam edir - “Yuventus”dan növbəti qələbə + Video

ronaldo-qollarina-davam-edir
Oxunma sayı: 2748

İtaliya A Seriyasında 24-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında lider “Yuventus” “Frosinone”ni qəbul edib.

“Qoca sinyora” zəif rəqibinə heç bir şans verməyib. “Yuventus” başdan sona qədər üstün oynadığı matçda 3:0 hesablı qələbə qazanıb.Oyunda bir dəfə fərqlənən Kriştiano Ronaldoölkə çempionatında 19-cu qoluna imza atıb.

Bu qələbədən sonra xalını 66-ya çatdıran Turin təmsilçisi ən yaxın izləyicisi “Napoli”dən 14 xal öndədir.

“Yuventus” - “Frosinone” - 3:0

Dibala, 6; Bonuççi, 17; Ronaldo, 63