Rouminqdə bu qiymətə internet olmamışdı- - Kampaniya

rouminqde-bu-qiymete-internet-olmamisdi-
Oxunma sayı: 814


“Qafqazinfo”nun məlumatına görə, kampaniyaya qoşulan abunəçilər bazarda olan ən yaxşı təklifdən istifadə edərək bir meqabayt İnternet üçün cəmi 0.25 AZN ödəməklə istənilən vaxt “onlayn” olacaqlar.

Kampaniya çərçivəsində İnternetlə yanaşı zənglərə böyük endirim tətbiq olunub. Belə ki, CIN və Klass abunəçiləri üçün daxil olan zənglərin dəqiqəsi cəmi 0.25 AZN, çıxan zənglərin dəqiqəsi 0.75 AZN təşkil edəcək. Gündəlik xidmət haqqı isə 0.35 AZN-dir.

Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.

“Biz abunəçilərimizin Bakcell xidmətlərindən istədikləri yerdə və istədikləri qədər istifadə edə bilmələri üçün rouminq xidmətlərimizi daim təkmilləşdirir, tariflərimizə yenidən baxır, partnyor ölkələrin və operatorların sayını artırırıq. BƏƏ abunəçilərimizin daha çox səfər etdiyi ölkələrdən biridir. Onların burada sərfəli tariflərdən istifadə edə bilməsi üçün biz Azərbaycanda ilk dəfə olaraq İnternetin qiymətini inanılmaz dərəcədə endirdik, eyni zamanda səs xidmətlərinə də ciddi dəyişiklik etdik. İnanırıq ki, bu təklif abunəçilərimizin ürəyincə olub”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Hazırda “Bakcell” şirkətinin 166-dan çox ölkənin 370-dən çox mobil operatoru ilə rouminq müqaviləsi mövcuddur və onların sayı artmaqdadır.

Onu da əlavə edək ki, Bakcell abunəçiləri Azərbaycandan kənarda olarkən də öz nömrələrinin balansını artırmaq imkanına malikdirlər. Hazırda Rusiya, Qazaxıstan və BƏƏ-də beynəlxalq balansartırma xidmətindən istifadə etmək mümkündür.