Rövnəq Abdullayev AZAL-ın taleyi ilə bağlı danışdı - Fotolar

rovneq-abdullayev-azal-in-taleyi-ile-bagli-danisdi
Oxunma sayı: 1047

Xəbər verdiyimiz kimi, bu gün “Neftçi” PFK-nın muzeyi açılıb.

“Qafqazinfo” xəbər verir ki, açılışda iştirak edən AFFA prezidenti Rövnəq Abdullayev muzeyin yaradılmasını futbol tarixində uğurlu addım hesab edib:

“İdmanda və futbolda tariximiz var, bunu da göstərmək üçün ən yaxşı vasitə muzeydir. Çox sevinirəm ki, “Neftçi” futbol klubu muzeyini yaradıb. Bu, bir komandanın yox, Azərbaycan futbol tarixinin muzeyidir. Mən düşünürəm ki, AFFA-nın təşkilatçılığı ilə gənclər, futbol məktəblərinin şagirdləri buraya cəlb olunmalıdır”. 

Federasiya prezidenti AZAL-ın gələcəyi ilə bağlı sualları da cavablandırıb:

“Mən hələ AZAL-ın Premyer Liqadan gedəcəyini eşitməmişəm. Axırıncı yerdədir, baxılacaq. Əgər gələn olsa, lisenziya olsa, komanda birinci divizyona gedəcək. Hələ ki, bir komanda gələcək”.

Elsevər

Fotolar: Kamil Əmirli