Rövnəq Abdullayev zavoda baş çəkdi

Rövnəq Abdullayev zavoda baş çəkdi
Oxunma sayı: 1479

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri SOCAR-ın Sumqayıtda yerləşən müəssisələrində olublar.

“Qafqazinfo” xəbər verir ki, R. Abdullayev Karbamid zavodunda aparılan tikinti işləri ilə maraqlanıb. SOCAR-ın rəsmiləri zavodun ərazisini gəzib, Mərkəzi İdarəetmə Sistemi ilə tanış olub, karbamid saxlanılacaq anbarlara baxış keçirib, mütəxəssislərlə görüşüblər.

Sonra SOCAR Polymer müəssisəsində istehsalatın müxtəlif zonaları və tikinti- tamamlanma işlərinin gedişi ilə tanışlıq olub.

Daha sonra SOCAR-ın rəsmiləri “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna gəliblər. Burada aparılan işlərin gedişi və yeni qurğuların tikintisi ilə maraqlanan R.Abdullayevə məlumat verilib ki, hazırda “Azərikimya” İB-də texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğuların və yardımçı sahələrin inşası davam etdirilir.

SOCAR-ın prezidenti Sumqayıt şəhərindəki cüdo idman zalında aparılan əsaslı təmir işləri ilə də tanış olub.

Sonda “Azərikimya” İB-nin baş ofisindəki konfrans zalında vitse-prezidentlərin, SOCAR Polymer və Karbamid zavodlarının, həmçinin Birliyin nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi