Rövşən Lənkəranskiyə ölüm hökmü çıxardılar

rovsen-lenkeranskiye-olum-hokmu-cixardilar
Oxunma sayı: 1072

Usoyan tərəfdarları sonda bu qətlin günahkarı kimi digər “qanuni oğru” Rövşən Lənkəranskinin (Canıyev) üzərində dayanıblar. Modern.az saytı rus KİV-lərinə istinadən bildirir ki, qəbul olunmuş vahid qərara görə, Rövşən Lənkəranski “Ded Xasan”ın qətlinin günahkarı elan olunub. Bununla əlaqadar Rövşən Canıyevə və onun tərəfdarlarına ölüm hökmü çıxarılırb.

R.Lənkəranskiyə yaxın şəxslərin güllələnməsi artıq başlanıb. Moskvada R.Lənkaranskinin sağ əli Rufo Gəncinski kimi tanınan Rüfət Nəsibov artıq öldürülüb.

Ötən ay “Ded Xasan”ın hüzr mərasimində onun tərəfdarlarının görüşləri zamanı mafiozlar ancaq iki suala cavab axtarıblar:”Günahkar kimdir?” və “ Nə etmək lazımdır?”
Qanqsterlərin şəxsi araşdırmalarının nəticəsində bəlli olub ki, “Ded Xasan”ın qatili “qanuni oğru” Rovşən Lənkəranskidir.

Məlumatlara görə, hazırda Rövşən Lənkəranskinin kriminal aləmdə vəziyyəti çətinləşib. Qeyd edilir ki, onun qohumları Azərbaycanda hüquq-mühafizə orqanlarında müəyyən postlar tuturlar. Bildirilir ki, Azərbaycan hüquq-mühafizə orqanları Lənkəranskinin ölkəsində gizlənməsini istəmirlər. Məlumata görə, yanvar ayında yerli əməliyyatçılar Rövşən Lənkəranskinin saxlanılmasına hazırlaşıblar. Bu haqda məlumat alan R.Lənkəranskinin Birləşmiş Ərəb Əmirlikərinə getdiyi bildirilir.

Qeyd edilir ki, azərbaycanlı avtoritet son zamanlar vaxtının çoxunu elə Birləşmiş Ərəb Əmirlikərində keçirir. Amma o da vurğulabır ki, Lənkaranski ərəb ölkəsində uzun müddət gizlənə bilməyib. Məlumata görə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən Birləşmiş Ərəb Əmirliklərinə daxil olan məktubda Rovşən Lənkəranskinin kim olduğu haqda ətraflı bilgi verilib. Və hətta bununla yanaşı da, məktubda o da bildirilib ki, 2012-ci ilin dekabr ayında Rövşən Lənkəranski Birləşmiş Ərəb Əmirlikərində “qanuni oğrular”ın görüşünü təşkil edib.

Xəbərdə qeyd olunur ki, həmin məktubdan sonra Birləşmiş Ərəb Əmirlikərinnin hüquq-mühafizə orqanları R.Lənkaranskiyə ən qısa müddətdə bu ölkəni tərk etməyi əmr ediblər.

Rusiya KİV-ləri qeyd edirlər ki, indi Rövşən Lənkəranskinin Birləşmiş Ərəb Əmirliklərindən hara gedəcəyi çətin məsələyə dönüb. Çünki Avropanın istənilən ölkəsində Aslan Usoyanın adamları onu tapmağa çalışacaqlar.