Rövşənin qətlində adı keçəni öldürən 2 azərbaycanlı - Rusiyada saxlanılıb

Rövşənin qətlində adı keçəni öldürən 2 azərbaycanlı
Oxunma sayı: 6351

Rusiyanın Sank-Peterburq şəhərində inzibati həbs müddəti ötən gün başa çatmış iki azərbaycanlı saxlanılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, yeddi sutka həbs yatdıqdan sonra çıxan azərbaycanlılar uzağa gedə bilməyiblər. Saxlanılan həmyerlilər- 42 yaşlı Hüseyn və 38 yaşlı Emin qətldə ittiham olunurlar.

İstintaqın versiyasına görə,onIar cari ilin sentyabrında Tbilisinin mərkəzində kriminal avtoritet olan Rusiya vətəndaşı Elçin Məmmədovu qətlə yetiriblər.

Qeyd edək ki, E.Məmmədovun adı avtoritet Rövşən Lənkəranskinin qətlində hallanıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi