Rusiya AŞPA-ya qayıtdı

rusiya-aspa-ya-qayitdi
Oxunma sayı: 956

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin təşkilatın işində iştirak etməsinə imkan verən qətnaməni səs çoxluğu ilə qəbul edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, 190 deputatdan 118-i qətnamənin lehinə, 62-si əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. 

Rusiyanın tam tərkibdə AŞPA-ya qayıtmasını Azərbaycan,Türkiyə, Fransa, İspaniya, İtaliya, Norveç, Avstriya, Slovakiya, Portuqaliya və Serbiya dəstəkləyib.

Ukrayna və Gürcüstan nümayəndə heyətinin üzvləri yekdilliklə qətnamənin əleyhinə səs veriblər. Eləcə də, Polşa, Litva, Latviya, Estoniya, böyük Britaniya və İsveçdən olan nümayəndə heyətlərinin çoxluğu qərarın əleyhinə olublar.

Rusiya parlamentariləri artıq iyunun 25-dən Assambleyanın iclaslarında iştirak edəcək.

Qeyd edək ki, nümayəndə heyəti onun hüquqlarının məhdudlaşdırılması halında AŞPA-nı tərk etmək hüququnu qoruyub saxlayır.