Rusiya estradasının “sonuncu romantiki” Bakıya gəlir

rusiya-estradasinin-sonuncu-romantiki-bakiya-gelir
Oxunma sayı: 1009


"Qafqazinfo" xəbər verir ki, Valeriy Meladzenin konserti noyabrın 19-da Heydər Əliyev adına sarayda baş tutacaq. “20 məhəbbət hekayəsi” adlı yeni konsert proqramına müğənninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir. Valeriy Meladzenin Bakı konsertinin biletlərini artıq şəhərin bütün mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Biletləri online şəkildə sifariş etmək də mümkündür. 

Qeyd edək ki,  20 ildir ki, səhnədə olan Valeriy Meladzeni “Rusiya estradasının sonuncu romantiki” adlandırırlar. Valeriy Meladze Rusiya estradasında öz üslubu, tərzi olan, dəbli qlamurun arxasınca qaçmayan az sayda sənətçilərdəndir. Onun ifa etdiyi bütün mahnıların müəllifi qardaşı, prodüseri, bəstəkar-müğənni Konstantin Meladzedir.