Rusiya vətəndaşı “Audi” ilə qadını vurub öldürdü

rusiya-vetendasi-audi-ile-qadini-vurub-oldurdu
Oxunma sayı: 1104

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 19-da saat 22 radələrində Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. 

Rusiya Federasiyasının vətəndaşı A.Spiridonov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Radiya Əhmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.