Rusiyada ağır yol qəzası - 7 nəfər öldü

rusiyada-agir-yol-qezasi
Oxunma sayı: 1552

Rusiyanın Tuva Respublikasında iki avtomobilin toqquşması nəticəsində 7 nəfər dünyasını dəyişib. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Qızıl-Ərzin yolunun 20-ci kilometrində baş verib.

Belə ki, "Toyota" markalı avtomobil qarşı yola çıxaraq "Lada" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü və "Lada" avtomobilində olan 5 nəfər dünyasının dəyişib. "Lada" markalı avtomobildə olan 5 sərnişin azyaşlılar olub.

Faktla bağlı araşdırma aparılır.