Rusiyada attraksiona minən 8 yaşlı qız öldü

rusiyada-attraksiona-minen-8-yasli-qiz-oldu
Oxunma sayı: 1315

Rusiyanın Anapa şəhərində 8 yaşlı qız attraksionda əylənəndən sonra vəfat edib.

“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, uşağın halı “Crazy Dance” attraksionunda pisləşib.

Hadisə yerinə gələn tibb işçiləri qızın həyatını xilas edə bilməyib. O, halı pisləşdikdən 50 dəqiqə sonra vəfat edib.

Həkimlərin ilkin ehtimalına görə, qızın ölümünə səbəb ürəktutması ola bilər.