Rusiyada avtomobil qəzası - Ölənlər var

rusiyada-avtomobil-qezasi
Oxunma sayı: 1022

Rusiyanın Sverlovsk vilayətində minik və evakuator avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” polisə istinadən məlumat yayıb.

Məlumata əsasən, qəza Yekaternburq-Rej-Alapaevsk magistralının 88 kilometrliyində baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.