Rusiyada vertolyot səhvən tamaşaçılara raket buraxdı - Yaralılar var

rusiyada-vertolyot-sehven-tamasacilara-raket-buraxdi
Oxunma sayı: 1943

Rusiya-Belarus hərbi təlimləri zamanı vertolyot səhvən tamaşaçılara atəş açıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, hadisə “Qərb-2017” təlimləri zamanı baş verib. Hadisə şahidlərinin sözlərinə görə, səhvən atılan raket 2 maşının yanmasına, 2 nəfərin isə ağır yaralanmasına səbəb olub. Ehtimal edilir ki, yaralananlar jurnalistlərdir.

Yayılan məlumatlara Müdafiə Nazirliyindən cavab gəlib. Qurum xəbərin yalan olduğunu, təxribat xarakteri daşıdığını qeyd edib.

Aysel Kərimova