Rusiyadakı terrorda ölənlər arasında azərbaycanlı yoxdur

rusiyadaki-terrorda-olenler-arasinda-azerbaycanli-yoxdur
Oxunma sayı: 793


Onun sözlərinə görə, ÜAK-ın vilayət nümayəndəliyi Volqoqraddakı ikinci partlayış haqqında xəbərdən sonra ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığını öyrənmək üçün yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. T. Həsənov bildirib ki, hazırda ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Volqoqradda trolleybusda baş vermiş partlayış nəticəsində 12 nəfər ölüb, 25 insan isə xəsarət alıb.

Rusiyanın Volqoqrad vilayətində təqribən 60 min azərbaycanlı yaşayır, onlardan 32 minə yaxını Volqoqrad şəhərində məskunlaşıb.