Rusiyalı qonaq dəm qazından boğuldu

rusiyali-qonaq-dem-qazindan-boguldu
Oxunma sayı: 645

Bakının Nizami rayonunda nənə Rusiyadan qonaq gəlmiş nəvəsini qoruya bilmədi. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Rusiya vətəndaşı olan 26 yaşlı Fidan Həsənova nənəsinin evində bədbəxt hadisənin qurbanı olub. O, dəm qazından boğularaq ölüb.

F.Həsənova noyabrın 22-də dəm qazından zəhərlənmə ilə 1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Mərhum bir neçə gün əvvəl nənəsinin evinə qonaq gəlibmiş. Faktla bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq (314-cü) maddəsi ilə cinayət işi başlanıb.