Rusiyanın 10 il sonra ilk sarışın gözəli - Fotolar

rusiyanin-10-il-sonra-ilk-sarisin-gozeli
Oxunma sayı: 2232

Moskvada “Rusiya gözəli - 2017” (“Мисс Россия-2017”) müsabiqəsi keçirilib.

“Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, ölkənin 50 bölgəsindən gənc qızların qatıldığı yarışmanın qalibi Sverlovski əyalətindən olan 21 yaşlı Polina Popova  olub.

Qeyd olunur ki, P. Popova müsabiqədə 10 il sonra qalib olmuş ilk sarışın gözəldir. O, qalibiyyətinə görə 3 milyon rubl və avtomobil əldə edib.

Polinaya təqdim olunan xüsusi hədiyyə- brilliant qaşlardan ibarət qızıl boyunbağının dəyəri isə 1 milyon rubldur.