“Saakaşvili xalq düşmənidir”

saakasvili-xalq-dusmenidir
Oxunma sayı: 640

ANS PRESS-in “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, nazir bildirib ki, Mixail Saakaşvili Gürcüstanın düşmənidir, çünki verdiyi açıqlamalarla ölkəyə yeni investisiyaların yatırılmasına əngəl törədir.

Nazir prezidentin “Xobi 1” və “Xobi 2” su elektrik stansiyalarının tikintisinin dayandırıldığına dair açıqlamasını təkzib edib və bunu yalan adlandırıb. O, müqaviləyə əsasən stansiyaların tikintisinin 2013-cü ildə başlayacağını və 2017-ci ildə başa çatacağını söyləyib: “Mixail Saakaşvili son 9 il məşğul olduğu demaqogiyanı davam etdirir. Onun son bəyanatları göstərir ki, bu adam ölkəmizin düşmənidir”.