“Saakaşvilini yaxınına buraxma!”

saakasvilini-yaxinina-buraxma
Oxunma sayı: 1851


Modern.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu bəyanatla Gürcüstan baş naziri İrakli Garibaşvili çıxış edib. O, P. Proşenkonun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini özünə müşavir təyin edəcəyi ilə bağlı deyilənləri şərh edib.

Baş nazir bu zaman P. Proşenkoya da məsləhət verib. “Mənim məsləhətim budur ki, Ukraynanın yeni prezidenti Mixail Saakaşvilini yaxınına buraxmasın”,-deyə Gürcüstanın hökumət başçısı bildirib.  

Qeyd edək ki, Kiyevin yeni meri, “UDAR” Partiyasının lideri Vitali Kliçko Mixail Saakaşvillinin P. Proşenkonun müşaviri ola biləcəyini deyib.