Şabranda minik və yük maşını toqquşub

sabranda-minik-ve-yuk-masini-toqqusub
Oxunma sayı: 1056

Şabranda yol qəzası baş verib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki,, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində “Shacman” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.