Sabunçu oğruları tutuldu - Fotolar

sabuncu-ogrulari-tutuldu
Oxunma sayı: 2198

Sabunçu rayonunda yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıb.

 “Qafqazinfo” xəbər verir ki, 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar.

Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, oğurlanan əşyalar M.Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalar davam etdirilir.