Sağlamlıq arayışınız varsa, onda “hə” deyin - Video

saglamliq-arayisiniz-varsa-onda-he-deyin-video
Oxunma sayı: 669

Elə bu səbəbdən də nigaha daxil olan tərəflərə “hə” deməzdən əvvəl hər zaman yüz ölçüb, bir biçmək məsləhət görülür. Sağlamlıq haqqında arayış təqdim etmək isə daha məsləhət mərhələsindən keçib. İndi bu tələb olunacaq.

Nigaha girmək üçün sağlamlıq haqqında arayışın tələb olunması Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, bununla bağlı artıq qanun layihəsi hazırdır və oktyabr ayında müzakirəyə təqdim olunacaq: “Əvvəllər bəzi obyektiv və subyektiv səbəblərə görə, ucqar dağ kəndlərində lazımi analizləri aparmaq üçün laboratoriyalar yox idi . Amma indi hər şərait var. Bu qanunun qəbulu üçün heç bir maneə yoxdur”.

Ailə qurandan sonra ortaya hər hansı bir xəstəliyin çıxması gənc ailələrdə bir sıra problemlər yaratmış olur. Çox vaxt bu xoşagəlməz hallar sonda boşanma ilə də nəticələnə bilir. Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrində də nigaha girən cütlüklərin sağlamlığını təsdiq edən arayışın labüdlüyünü vurğulayırlar. Elə gənclər özü də bu addımı müsbət qarşılayır. Maraqlı məqam ondadır ki, yaşlı nümayəndələr də bu addımı müsbət qarşılayır. Bir sözlə vətəndaşlar bu qənaətdədir ki, evlənəcək cütlüklərdən hər hansı birində xəstəlik çıxarsa, onlar yenə də nigaha girməyə düşünərək qərar verəcək. Yəni sonradan bir-birini günahkar çıxarmayacaqlar.