Sakinlər parkın baxımsızlığından şikayətçidir

sakinler-parkin-baximsizligindan-sikayetcidir
Oxunma sayı: 881

Xətai rayonu İzzət Orucova küçəsində yerləşən parkın baxımsız olduğu iddia edilir. “Qafqazinfo” ya daxil olan şikayətdə qeyd edilir ki, parkdakı çoxillik ağaclar qurumaqdadır. Eyni zamanda, parka qulluq edilməməsindən də narazılıq edilib.  

“Qafqazinfo” məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən bildirilib ki,  sözügedən park Ukrayna səfirliyinin mülkiyyətindədir. Ancaq buna baxmayaraq İcra Hakimiyyəti tərəfindən təmizlik işləri mütəmadi olaraq aparılır. Elə ən son olaraq 10 gün bundan əvvəl parkda təmizlik işləri aparıldı. Bu gün yenə də əməkdaşlarımız park ərazisinə baxış keçirib.

Günel Türksoy