Şakir Rəhimov “Bank Respublika”ya sədr gətirildi

sakir-rehimov-bank-respublikaya-sedr-getirildi
Oxunma sayı: 2611

“Bank Respublika”nın rəhbərliyində dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bankın səhmdarlarının ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin edilib.

Bank Respublika-dan öncə Ş.Rəhimov “Access Bank” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Ş.Rəhimov Azərbaycan Dövlət İqtisad Universiteti və Warwick Universitetində, Warwick Business School Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb. O, hal-hazırda Stendford Universitetində “Strateji qərarlar və Risklərin İdarə edilmməsi” proqramı üzrə təhsilini davam etdirir.

Günel Türksoy