Şakira oğulları ilə İstanbulda - Fotolar + Video

sakira-ogullari-ile-istanbulda
Oxunma sayı: 4486

Ötən gecə Livan əsilli dünya ulduzu Şakira Türkiyəyə gəlib. “Qafqazinfo” xəbər verir ki, o, “Vodafone Park”dakı konserti üçün İstanbula təşrif buyurub. 

Sənətçini hava limanında media nümayəndələri qarşılayıb, ona türk paxlavası təqdim ediblər. Şakira isə hər kəsə təşəkkürünü bildirib, konsertin maraqlı keçəcəyini bildirib. 

Bu gün Türkiyə vaxtı ilə 21:00-da başlayan konsert ərəfəsində Küçük Çiftlik küçəsindən Şəhidlər Təpəsinədək, Əsgər Ocağı küçəsindən  Dolmabahçe istiqamətində olan bütün yollar bağlanacaq, Taksim-Harbiye, Bomonti Tünelində hərəkət dayandırılacaq. 

Qeyd edək ki, Şakira İstanbula 5 yaşlı oğlu Milan və 3 yaşlı oğlu Saşa ilə gəlib.