Salanın cəsədi vətəninə aparıldı

salanin-cesedi-vetenine-aparildi
Oxunma sayı: 1564

“Kardiff Siti”nin oyunçusu Emiliano Salanın cəsədi vətəni Argentinaya aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb. Onun cəsədi Santa-Fe şəhərində dəfn bürosuna təhvil verilib. Ailəsi Salanın nəşini sabah götürə biləcək.

28 yaşlı futbolçu yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı təyyarə qəzasında həlak olub. Təyyarənin qalıqları La-Manş boğazında fevralın əvvəlində, Salanın cəsədi isə fevralın 8-də tapılıb.