Salyan pivəsi saxta çıxdı

salyan-pivesi-saxta-cixdi
Oxunma sayı: 1949


Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.Xəbərdə qeyd olunur ki, müəssisədə istehsal olunan sahəsində aparılan yoxlama zamanı məhsulların üzərində digər firmalara məxsus əmtəə nişanı vurulduğu və bununla da alıcıların aldadıldığı bəlli olub.

Yoxlama zamanı müəssisədə pivə istehsalının reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, sənədli şəkildə təsdiqlənmədiyi halda istehsal olunan pivələrin qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə çeşidlərindən biri olması barədə qeyri-dəqiq reklamın verildiyi aşkarlanıb.

Yol verilən qanun pozuntusu ilə əlaqədar “Salyan Qida Məhsulları”na qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xatırladaq ki, bu yay mövsümdə artıq pivə istehsal edən 4 firmaya qarşı iş qaldırılıb.  Nazirliyin yaydığı açıqlamadan belə bəlli olur ki, Azərbaycan bazarındakı pivələrin 70-80 faizi saxta istehsallıdır. 

Amma görünən odur ki, hazırki yoxlama və cərimələr keyfiyyətsiz və saxta pivələrin bazardan yığışdırılması üçün kifayət deyil.