Şamaxıda “Mersedes” qəzaya düşdü, yaralılar var - Yenilənib

samaxida-mersedes-qezaya-dusdu-yaralilar-var
Oxunma sayı: 1786

Şamaxıda "Mersedes" markalı minik avtomobili qəzaya düşüb. 

"Qafqazinfo" xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 113 km-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan "Mersedes"in sürücüsü idarəetməni itirib, nəticədə avtomobili yoldan çıxaraq yuvarlanıb. Maşında olan hələlik kimliyi bəlli olmayan sürücü və sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

*** 

Sürücü və sərnişinin şəxsiyyəti müəyyən edilib. Avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Famil Babayev, sərnişin 1994-cü il təvəllüdlü Əsədov Rəşad Qismət oğludur. 

Rəşad Türkoğlu