“Samsung” İran idmançılarından üzr istədi

samsung-iran-idmancilarindan-uzr-istedi
Oxunma sayı: 1850

Xəbər verdiyimiz kimi, “Samsung” şirkəti Şimali Koreya və İran idmançılarından başqa Qış Olimpiya Oyunlarında yarışacaq idmançılara ümumilikdə 4 min “Galaxy Note 8 Olimpic Edition” smartfonu hədiyyə verəcəyini açıqlamışdı.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, İran parlamentinin İqtisadi Komissiyanın üzvü Əli Əkbər Kərimi isə xalqı “Samsung” məhsullarını boykot etməyə çağırmışdı.

Daha sonra “Samsung” şirkəti və Beynəlxalq Olimpiya Komitəsi İran idmançılarından üzr istəyib:

Şirkət problemin aradan qaldırılacağını və iranlı idmançılara hədiyyə təqdim olunacağını açıqlayıb.