Sarkisyan Əliyevlə görüş üçün Cenevrədədir

sarkisyan-eliyevle-gorus-ucun-cenevrededir
Oxunma sayı: 2224

Azərbaycan və Ermənistan prezidentləri bu gün görüşəcəklər.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev və Serj Sarkisyan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə oktyabrın 16-da Cenevrədə görüşəcək. 

***

Ermənistan prezidenti Serj Sarkisyan həmkarı İlham Əliyevlə görüşmək üçün Cenevrəyə gedib. Sarkisyanın təyyarəsi artıq hava limanında eniş edib. Bu barədə mətbuat xidmətinin rəhbəri Vladimir Hakobyan tvitter hesabında yazıb.